29 oktyabr 2024 09:00
169

ÜST rəhbəri UNRWA qadağasının dağıdıcı nəticələri barədə xəbərdarlıq edib

Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdə Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) fəaliyyətini qadağan etmək qərarı milyonlarla fələstinli üçün dağıdıcı nəticələrə səbəb olacaq.

“İki sahil” xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus sosial şəbəkədəki səhifəsində bildirib.

Onun sözlərinə görə, agentlik Fələstin xalqı üçün əvəzedilməz həyat xəttidir və son yeddi onillikdə belə olub.

O qeyd edib ki, İsrailin qəbul etdiyi qanun yəhudi dövlətinin öhdəliklərinə ziddir və UNRWA-dan asılı olan bütün şəxslərin həyat və sağlamlığını təhdid edir.