29 oktyabr 2024 08:21
172

Avstriyada bələdiyyə sədri güllələnib

Avstriyanın Yuxarı Avstriya əyalətinin Kirchberg ob der Donau şəhərinin meri Franz Hofer və şəxsiyyəti hələlik məlum olmayan bir şəxs silahlı hücum nəticəsində həyatını itirib.

“İki sahil” xəbər verir ki, Yuxarı Avstriya əyalət polisinin yaydığı məlumata görə, silahlı şəxsin Kirchberg ob der Donau bələdiyyəsinə hücum etdiyi bildirilib.

Açıqlamada, hücumda bələdiyyə sədri Franz Hofer və bir nəfərin həyatını itirdiyi bildirilib.

Polis hücum edənin ərazidə ov edən 56 yaşlı Roland Drexler olduğunu və hücumdan sonra qaçdığını açıqlayıb.

Təcavüzkarın tapılması və hadisə ilə bağlı araşdırma aparıldığı qeyd edilib.

Məhərrəm Ağalaroğlu, “İki sahil”