“Facebook” və “Instagram”ın sahibi “Meta Platforms Inc” çərşənbə axşamı Yaponiyada saxta məşhurların təsdiqi ilə fırıldaqçılıq yolu ilə sərmayə tələb edən reklamlara görə, 30 iddiaçıdan ümumilikdə 435 milyon yen (2,8 milyon dollar) təzminat tələb edən yeni məhkəmə iddiaları ilə üzləşib.
“İki sahil”in “Kyodo”ya istinadən verdiyi məlumatına görə, iddiaçılar, vəkillərinin dediyinə görə, ABŞ texnologiya nəhəngi və onun Yaponiya qolu fırıldaqların qarşısını almaq üçün kifayət qədər iş görə bilmədiklərini bildiriblər.
Zərərin ödənilməsi ilə bağlı iddialar Osaka, Kobe, Yokohama, Çiba və Saitama rayon məhkəmələrinə verilib.
Məhərrəm Ağalaroğlu, “İki sahil”