28 oktyabr 2024 20:27
195

BRICS-lə əlaqələr Türkiyənin maraqlarına cavab verir

BRICS ilə əlaqələrin hərtərəfli inkişafı Türkiyənin maraqlarına cavab verir.

“İki sahil” xəbər verir ki,  bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasının yekunlarına dair açıqlamasında deyib.

O, BRICS ölkələri ilə əməkdaşlıq üçün böyük potensialın olduğunu bəyan edib.

Ərdoğanın sözlərinə görə, Ankara xarici siyasətində təşkilata üzv ölkələrlə əlaqələrin genişləndirilməsinə sadiqdir.

“BRICS ilə əməkdaşlıq bu gün dünyanın ən yaxşı 10 iqtisadiyyatından biri olan Türkiyə üçün böyük imkanlar vəd edir və bütün aspektlərdə onun maraqlarına cavab verir. BRICS ilə münasibətlər digər təşkilatlar çərçivəsində cari öhdəliklərimizin yerinə yetirilməsinə mane olmayacaq”, - Türkiyə lideri vurğulayıb.