Oktyabrın 23-də Ankarada törədilən terror aktından sonra ümumilikdə 213 silahlı məhv edilib.
“İki sahil” “TRT Haber” telekanalına istinadla xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
“Oktyabrın 23-də Ankarada törədilən terror aktından sonra Türkiyə ordusu tərəfindən İraqın şimalında və Suriyada 470-dən çox RRK hədəfi vurulub, bu ana qədər 213 terrorçu məhv edilib”, - Türkiyə lideri deyib.