28 oktyabr 2024 18:38
200

Bu ölkə Rusiyanın aktivlərindən əldə edilən gəlirdən Ukraynaya 3 milyard dollar ayıracaq

Yaponiya hökuməti Rusiyanın dondurulmuş aktivlərindən istifadə etməklə Ukraynaya 471,9 milyard yen (təxminən 3 milyard dollar) ayıracaq.

“İki sahil” bu barədə “Kyodo” agentliyinə istinadla xəbər verir.

İyul ayında agentlik mənbələrə istinadla 520 milyard yen (3,3 milyard dollar) məbləğində vəsait ayrıldığını qeyd etmişdi.

İyun ayında G7 ölkələri Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirdən geri qaytarılmaqla, ilin sonuna qədər Ukraynaya 50 milyard dollar ayırmaq qərarını açıqlamışdı. Mənfəətin 90%-i Avropa Sülh Fondu vasitəsilə ayrılacaq, daha 10%-i Kiyevə uzunmüddətli yardım proqramı çərçivəsində bölüşdürülməsi üçün Aİ büdcəsinə göndəriləcək. Ödənişlərin 2024-cü ilin dekabrında başlayacağı gözlənilir. Bütün vəsaitlər 2027-ci ilin sonuna kimi köçürüləcək.