28 oktyabr 2024 23:05
85

Rusiya Ukraynanın itkilərini açıqladı - 978-ci gün

Rusiya müharibənin 978-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.

“İki sahil” xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.

“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 647 təyyarəsi, 283 helikopteri, 34 685 PUA-sı, 584 zenit-raket kompleksi, 18 894 tank və digər zirehli texnikası, 1 480 reaktiv yaylım atəş sistemi, 16 887 artilleriya və minaatanı, 27 694 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.