28 oktyabr 2024 18:31
196

Bryansk istiqamətində dörd diversant öldürülüb

Rusiya Federal Təhlükəsizlik Xidməti Bryansk vilayəti istiqamətində dövlət sərhədinin Ukraynadan olan təxribat-kəşfiyyat qrupu tərəfindən pozulmasının qarşısını alıb.

“İki sahil” “Kommersant”a istinadla xəbər verir ki  dörd diversant öldürülüb.

Məlumatda qeyd edilir ki, məhv edilmiş diversantlardan birinin bədənində ABŞ Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin 75-ci Reyncer Alayının ikinci batalyonunun döyməsi aşkar edilib.

Öldürülən diversantlarda xarici silah və texnika olub. Onlarda həmçinin Kanada bayrağı, polyak dilində dua kitabı və ingilis dilində taktiki təlim haqqında qeydlər olan dəftər də olub.