28 oktyabr 2024 18:15
77

Krasnoyarsk yaxınlığında 250-yə yaxın əcnəbi SAXLANILIB

Krasnoyarsk təhlükəsizlik qüvvələrinin keçirdiyi reyd zamanı 244 əcnəbi polis saxlanılaraq polis şöbəsinə aparılıb.

“İki sahil” “Kommersant”a istinadla xəbər verir ki, Rusiya İstintaq Komitəsinin regional idarəsinin Telegram kanalının məlumatına görə, hadisələr Yemelyanovski rayonunda yerləşən taxta emalı bazasında, istehsal və logistika kompleksində və iri pərakəndə satış mərkəzində eyni vaxtda baş verib.

Polisin məlumatına görə, miqrasiya qanunvericiliyinin pozulması faktları aşkar edilib, ümumilikdə 38 qanun pozuntusu qeydə alınıb.