28 oktyabr 2024 17:56
200

Yaponiyada parlament seçkilərinin nəticələrinə görə...

Yaponiyada uzun illər hakimiyyətdə olan Liberal Demokrat Partiyası (LDP) bazar günü keçirilən növbədənkənar parlament seçkilərinin nəticələrinə görə parlament çoxluğunu itirib.

“İki sahil” “Kommersant”a istinadla xəbər verir ki, Baş nazir Şiqeru İşibanın idarəçilik mandatını gücləndirmək şansı kimi nəzərdə tutduğu səsvermənin bu nəticəsi LDP-nin qarşısında tipik olmayan  koalisiya tərəfdaşları tapmaq çətin vəzifəsini qoyur.

Bundan əlavə, seçkilərdəki uğursuzluq (hakimiyyətdə olan partiya parlamentdə ən böyük partiya olaraq qalsa belə) İşibanın düşündüyü islahatların gedişatını əhəmiyyətli dərəcədə yavaşlatacaq.

Seçkilər nəticəsinə görə LDP parlamentdə 191, onların ənənəvi kiçik koalisiya tərəfdaşı Komeito Partiyası isə 24 yer qazanıb. İki partiya birlikdə 2021-ci il seçkiləri ilə müqayisədə 64 yer itirib. Amma ən acınacaqlısı odur ki, onlar Yaponiya parlamentinin 465 yerlik aşağı palatasına nəzarət etmək üçün lazım olan 233 deputat yerini qazana bilməyiblər.

Ən böyük və əsas müxalifət partiyası olan və keçmiş baş nazir Yoşihiko Nodanın rəhbərlik etdiyi Yaponiya Konstitusiya Demokratik Partiyası isə əksinə, üç il əvvəl 98 mandat əvəzinə 148 mandat alaraq böyük uğur qazanıb.