28 oktyabr 2024 17:51
209

Trampın Minsk-3 PLANI - DETALLAR

ABŞ prezidentliyinə Respublikaçılar Partiyasından namizəd Donald Tramp seçkilərdə qalib gələrsə, Minsk razılaşmalarını yenidən nəzərdən keçirməklə Ukraynadakı münaqişəni həll etməyi planlaşdırır.

“İki sahil” xəbər verir ki, bu haqda “The Financial Times” Trampın adının açıqlanmayan məsləhətçisinə istinadla məlumat yayıb.

Tramp Minsk razılaşmalarının mexanizmində razılaşmağa görə məcburetmə və cəza üsullarını dəyişməyi planlaşdırır.

Nəşrin yazdığına görə, Donald Trampın planı nəzərdə tutur ki, razılaşmalara əməl olunmasına NATO və BMT qüvvələri yox, “Avropa qoşunları” nəzarət edəcək. Beləliklə, Tramp Amerika tərəfinin münaqişəyə investisiyalarını azaltmağı planlaşdırır. “Avropa bunun əvəzini ödəyəcək” deyən FT mənbəsi Trampın planı haqqında danışarkən bildirib.

İlk Minsk razılaşmaları 2014-cü ildə üçtərəfli təmas qrupunun nümayəndələri (Rusiya, Ukrayna, ATƏT) və “DXR” və “LXR” nümayəndələri tərəfindən imzalanıb. Bir il sonra, 2015-ci ildə Almaniya və Fransa nümayəndələrinin iştirakı ilə ikinci Minsk razılaşması bağlanıb.