28 oktyabr 2024 17:19
193

Yaponiya Ukraynaya 3 milyard dollar göndərəcək

Yaponiya hökuməti Ukraynaya 471,9 milyard yen (təxminən 3 milyard ABŞ dolları) ayıracaq. Bu, "Yeddilik Qrupu" (G7) ölkələrinin Qərbdə dondurulmuş Rusiya aktivlərindən əldə edilən gəlirlər hesabına Kiyevə 50 milyard dollar məbləğində razılaşdırılmış kreditin bir hissəsidir.

“İki sahil” TASS-a istinadən xəbər verir ki, bu barədə “Kyodo” agentliyi məlumat yayıb.

Daha əvvəl G7 liderləri Ukraynaya 50 milyard dollar məbləğində kredit verilməsi detalları ilə bağlı razılığa gəldiklərini bəyan edən birgə bəyanat qəbul ediblər. Qeyd olunub ki, kreditlər "G7 ölkələrinin hüquqi sistemləri və beynəlxalq hüquq çərçivəsində Rusiyanın dondurulmuş suveren aktivlərindən gələcək gəlirlər hesabına" maliyyələşdiriləcək.

ABŞ Ukraynaya 20 milyard dollar ayırmağı öhdəsinə götürüb, qalan 30 milyard dollar isə G7 və Aİ-nin birgə səyləri ilə göndəriləcək.