28 oktyabr 2024 16:43
191

Volkswagen işçilərin etirazına görə istehsalı dayandıracaq - "Bloomberg"

Almaniyadakı “Volkswagen” şirkətinin fabriklərində işçilər rəhbərliyin xərcləri kəskin şəkildə azaltmaq planlarına etiraz etmək üçün bu gün işini bir saatlıq dayandıracaqlar.

“İki sahil” “Kommersant”a istinadla xəbər verir ki,  Almaniyanın 11 müəssisəsindəki həmkarlar ittifaqlarının nümayəndələri artıq konsernin rəhbərliyi ilə danışıqları davam etdirərək etirazla bağlı şirkət rəhbərliyini məlumatlandırıblar.

Alman mediasının məlumatına görə, şirkət xərclərini 4 milyard avro azaltmaq istəyir ki, bu da xüsusilə şirkətin bütün işçilərinin maaşlarını 10% azaltmaq və 2025 və 2026-cı illərdə illik maaş artımlarından imtina etmək deməkdir.

Şirkətin özü xərcləri necə azaltmağı planlaşdırdığına dair xəbərləri hələ şərh etməyib. Ola bilsin ki, plan üçüncü rüb üçün maliyyə hesabatlarının dərci çərçivəsində oktyabrın 30-da təqdim olunsun.