Evlərdə qaz sobalarından istifadə Aİ və Böyük Britaniyanın on minlərlə sakininin vaxtından əvvəl ölümünə səbəb olur.
“İki sahil” xəbər verir ki, “Bloomberg” bu hqda Hayme Universitetinin alimlərinin araşdırmasına istinadla məlumat yayıb.
Tədqiqatda qeyd olunub ki, yemək bişirərkən qazın yandırılması zamanı yaranan azot dioksidi və hissəciklər tənəffüs xəstəlikləri və vaxtından əvvəl ölümlərlə səbəb olur.
Belə ki, alimlərin fikrincə, evlərdə qaz sobalarından istifadə hər il 40 min avropalının vaxtından əvvəl ölümünə səbəb olur. Tədqiqatçılar hesab edirlər ki, sobalar həmçinin Aİ və Böyük Britaniyada uşaqlarda yüz minlərlə astma xəstəliyi yaradır.