28 oktyabr 2024 16:20
198

İndoneziya hakimiyyəti iPhone 16-nın satışını qadağan edib

İndoneziya hökuməti Apple-ın bu ölkə ilə ikitərəfli müqavilələrin şərtlərini pozduğunu əsas götürərək ölkədə iPhone 16-nın satışını qadağan edib.

“İki sahil” “Kommersant”a istinadla xəbər verir ki,  bu ölkənin Sənaye Nazirliyi bildirib ki, ən son smartfonlarını satmaq üçün lisenziya almaq üçün ABŞ şirkəti ölkədəki əməliyyatlarına 1,7 trilyon İndoneziya rupisi (109 milyon dollar) sərmayə qoymalı idi. Lakin indiyədək investisiya cəmi 1,5 trilyon (95 milyon dollar) təşkil edib.

Bundan əlavə, şirkət istehsalın lokallaşdırılması üzrə öhdəliklərini yerinə yetirməyib - smartfon və planşetlərdə yerli komponentlərin payı 40%-dən aşağı olmamalıdır.

Bu qadağa əvvəlki iPhone modellərinin satışına şamil edilmir.