28 oktyabr 2024 14:25
179

İranın hərbi doktrinasını DƏYİŞİR?

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Baqayi deyib ki, Tehranın oktyabrın 26-na keçən gecə İsrailin hücumuna cavab vermək hüququ var.

“İki sahil” “Kommersant”a istinadla xəbər verir ki, eyni zamanda o, İranın öz hərbi doktrinasına sadiq qalmağa davam edəcəyinə və nüvə silahı istehsal etməyi planlaşdırmadığına əmin edib.

“Kütləvi qırğın silahları ilə bağlı mövqeyimiz çox aydındır və dəyişməz olaraq qalır. Biz nüvə proqramımızı hərbi müstəviyə köçürmək fikrində deyilik”, - deyə,  İsmail Baqai bildirib.

Xarici İşlər Nazirliyinin sözçüsü əlavə edib ki, ABŞ uzun illərdir ki, İranın hərbi gücünü zəiflətmək məqsədini güdür. Onun sözlərinə görə, Tehran buna imkan verməyəcək. O, həmçinin bildirib ki, İran heç vaxt müharibə istəməyib, lakin hər zaman özünü müdafiə etməyə hazırdır.