Avropa diplomatiyasının rəhbəri Josep Borrell İspaniyanın RNE radiostansiyasına müsahibəsində Ukraynadakı münaqişənin arxa plana keçdiyini etiraf edib.
“İki sahil” xəbər verir ki, bu haqda RT məlumat yayıb.
“Biz Ukraynadakı müharibə haqqında sanki bitmiş kimi danışmırıq, amma yox, sizi inandırıram, o, bitməyib, eyni intensivliklə davam edir”, - deyə, TASS onun sözlərindən sitat gətirib.
Bundan əvvəl Amsterdamda Ukraynaya silah tədarükünə qarşı nümayiş keçirilib.
Həmçinin Berlində Kiyevə silah tədarükünə qarşı və Ukraynadakı münaqişənin diplomatik yolla nizamlanmasına qarşı Alman Birliyi Gününə təsadüf edən nümayiş keçirilib.