Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Gürcüstanda seçkilərdən sonra vəziyyəti gərginləşdirmək cəhdləri edilir.
“İki sahil” “Kommersant”a istinadla xəbər verir ki, Peskov Avropa ölkələrindən olan qüvvələrin səsvermənin nəticələrinə təsir göstərməyə çalışdığını qeyd edib.
“Müdaxilə cəhdləri adi gözlə də görünür, lakin Rusiyadan yox. Avropa ölkələrindən, müxtəlif Avropa institutlarından çoxlu sayda qüvvə bu səsvermənin nəticələrinə təsir göstərməyə çalışıb”, - deyə, Kreml nümayəndəsi bildirib.