28 oktyabr 2024 12:33
162

Slovakiya baş nazirinin iştirak etdiyi tədbirdə silahlı şəxs saxlanılıb

Oktyabrın əvvəlində Slovakiyanın baş naziri Robert Fitsonun iştirak etdiyi tədbir zamanı əlində silah olan şəxs saxlanılıb.

“İki sahil” RİA Novosti-yə istinadla xəbər verir ki, Fiko “standart.sk” portalına müsahibə verib və orada silahlı şəxsin saxlanmasından danışıb.

Bu, Karpat-Dukla hərbi əməliyyatının 80 illiyinin qeyd edildiyi Dukla aşırımında baş verib.

“Ukraynaya yanaşmamı nəzərə alaraq, mənə nifrət edən silahlı şəxsi saxlanılıb”, - deyə, Slovakiyanın baş naziri deyib.

Onun sözlərinə görə, adam siyasətçilərin olduğu əraziyə daxil olmayıb. Metal detektorun çərçivəsindən keçərkən onun üzərində dolu silah aşkar edilib.