İran İsrailin son hücumuna cavab verəcək.
“İki sahil” xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqayi deyib.
O bildirib ki, rəsmi Tehran son hücumlara cavab verməkdə qərarlıdır.
Qeyd edək ki, oktyabrın 26-da İsrail İrana kütləvi zərbələr endirib, bir neçə obyekti vurub. İran Prezidenti Məsud Pezeşkian vurğulayıb ki, ölkəsinin istənilən cavabı balanslı və düşünülmüş olacaq.