İranın Ali Rəhbəri Əli Xameneinin "X" sosial şəbəkəsində ivrit dilində (İsrail dövlətinin rəsmi dövlət dili - red) olan hesabı bloklanıb.
“İki sahil” xəbər verir ki, hesab bloklanmamışdan əvvəl Əli Xameneinin "X" hesabında İsrailin İrana hücumunun ciddi səhv olduğu və bu hücuma cavab veriləcəyi yazılıb.
Paylaşımdan bir neçə dəqiqə sonra isə Əli Xameneinin ivrit dilində olan hesabı bloklanıb.