Hollivud aktyorları Robert De Niro və Leonardo Di Kaprio ABŞ prezidenti vəzifəsinə Demokratlar Partiyasından namizəd Kamala Harrisi dəstəkləyiblər.
“İki sahil” xəbər verir ki, bu barədə CBS məlumat yayıb.
Məşhurlar Filadelfiyada keçirilən seçki kampaniyasında çıxışlarında seçicilərə müraciət ediblər.
Robert De Niro Respublikaçılar Partiyasının namizədi Donald Trampa nifrət etdiyini bildirib və vətəndaşları məsuliyyətlə səs verməyə çağırıb.
"Seçim göz qabağındadır və bu seçim vitse-prezident Kamala Harrisdir", - Leonardo Di Kaprio öz növbəsində deyib.
Kampaniya tədbirində Emmi mükafatı laureatı Kerri Vaşinqton, aktrisa Tessa Tompson və aktyor Brayan Tyr Henri də Harrisə dəstəklədiklərini bildiriblər.