Bolqarıstanda 51-ci Xalq Məclisinə deputatların seçilməsi üçün növbədənkənar parlament seçkiləri keçirilir. Ölkədə 13 min seçki məntəqəsi var. Xaricdə yaşayan bolqarlar üçün 57 ölkədə 719 seçki məntəqəsi fəaliyyət göstərir. Seçicilər bu seçkilərdə səs vermək üçün xüsusi elektron aparatlardan və ya kağız bülletenlərdən istifadə edə bilərlər.
“İki sahil” xəbər verir ki, səsvermədə iştirak etmək hüququna malik 6,5 milyon nəfərin olmasına baxmayaraq, təxminən 2 milyon seçicinin səs verəcəyi gözlənilir. Seçkilərdə 240 deputat yeri uğrunda 19 partiya və 9 koalisiyadan 4858 namizəd mübarizə aparır.
Səsvermənin nəticələrinin ilk qeyri-rəsmi məlumatı yerli vaxtla saat 20:00-da açıqlanması gözlənilir.