27 oktyabr 2024 18:02
209

Özbəkistanda seçkilər: səsvermə fəallığı 62,7 faiz təşkil edir

Oktyabrın 27-də Özbəkistanda Ali Məclisin (parlamentin) Qanunvericilik Palatasına və yerli şuralara seçkilər keçirilir.

“İki sahil” xəbər verir ki, Mərkəzi Seçki Komissiyası saat 15:00-dək səsvermədə seçicilərin 62,7 faizinin iştirak etdiyini bildirib.

Mərkəzi Seçki Komissiyası seçkilərin keçirilməsi üçün 10 min 717 seçki məntəqəsi təşkil edib, onlardan 57-si dünyanın 40 ölkəsində yerləşir. Seçki Məcəlləsinə əsasən, seçki günü və səsvermə başlamazdan bir gün əvvəl təşviqat qadağandır.

Seçkilərin gedişini 65 min yerli və MDB, ŞƏT, Türk Dövlətləri Təşkilatı və ATƏT/DTİHB də daxil olmaqla, 20-dən çox təşkilatı təmsil edən 850-dən çox beynəlxalq müşahidəçi izləyir.

İlkin nəticələrin oktyabrın 28-də açıqlanması gözlənilir.