Sankt-Peterburqda avtobuslar və avtomobillərin iştirakı ilə baş vermiş kütləvi yol-nəqliyyat hadisəsi nəticəsində 25 nəfər xəsarət alıb.
“İki sahil” xəbər verir ki, bu barədə Rusiyanın Peterburq şəhəri və Leninqrad vilayəti üzrə Daxili İşlər Nazirliyinin Baş İdarəsi teleqramda bildirib.
“Hərəkətdə olan “Maz” avtobusunun sürücüsü işıqforun qadağanedici işığında sola dönərkən “Volqobas” avtobusu ilə toqquşub”, – qurumdan bildirilib.