27 oktyabr 2024 16:49
208

Kobaxidze: Beynəlxalq müşahidəçilərin Gürcüstandakı seçkilərin legitimliyinə dair heç bir sualı yoxdur

Beynəlxalq müşahidəçilərin Gürcüstandakı seçkilərin legitimliyinə dair heç bir sualı yoxdur.

“İki sahil” xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze deyib.

“ATƏT missiyasının müşahidəçiləri Gürcüstandakı seçkilərin rəqabət şəraitində keçdiyini bildiriblər, bütün bu açıqlamalar kifayət qədər məntiqlidir. Onlar müəyyən terminlərdən istifadə etdilər və bir gün əvvəl seçilən hökumətdən danışdılar ki, bu da bir daha müşahidəçilərin ölkədə seçkiləri tanıdığını sübut edir. Seçkilər baş tutdu. MSK tezliklə səsvermənin yekun nəticələrini təqdim edəcək və ölkə inkişafını davam etdirəcək”, – İ.Kobaxidze bildirib.

Qeyd edək ki, ATƏT, AŞPA, Aİ və NATO missiyası Gürcüstanda parlament seçkilərini faktiki olaraq legitim hesab ediblər, lakin xəbərdarlıq ediblər ki, yeni hökumətin Avropa yoluna necə əməl edəcəyini izləyəcəklər.