İsrailin Gliloted ərazisində yük maşını avtobus dayanacağına çırpılıb.
“İki sahil” xəbər verir ki, İsrail Təcili Tibbi Yardım Xidmətinin məlumatına görə, ölənlər var.
Məlumata görə, avtobus dayanacağında yük maşını insanları vurub. Hadisə nəticəsində 40-a yaxın insanın xəsarət aldığı, onlardan 10-nun vəziyyətinin ağır olduğu bildirilir.
“Kanal 12” xəbər verir ki, yük maşınının altında daha bir neçə nəfər ola bilər.
İctimaiyyət zərərçəkənlər üçün qan verməyə çağırılır.
***
Təl-Əvivdə 6 ölü və 50 yaralı, o cümlədən 10-un vəziyyəti ağırdır.