Bolqarıstanda 51-ci Xalq Məclisinə (birpalatalı parlament) növbədənkənar seçkilər keçirilir.
“İki sahil” xəbər verir ki, yerli vaxtla saat 07:00-da (Bakı vaxtı ilə 09:00) ölkə üzrə təxminən 13 min seçki məntəqəsi açılıb. Məntəqələrin əksəriyyətində səsvermə seçicilərin seçiminə görə xüsusi maşınlar və ya kağız bülletenlər vasitəsilə aparılacaq, dünyanın 57 ölkəsində daha 719 məntəqə fəaliyyət göstərəcək.
Təxminən 6,5 milyon nəfərin səs vermək hüququ olsa da, səsvermədə təxminən 2 milyon nəfərin iştirak edəcəyi gözlənilir.
Seçkilərdə 19 partiya və 9 koalisiyanın nümayəndələri iştirak edir. 240 deputat mandatı uğrunda 4 858 namizəd mübarizə aparır.
Səsvermənin ilk qeyri-rəsmi nəticələri seçki məntəqələri işini başa çatdırdıqdan sonra saat 20:00-da məlum olacaq.