27 oktyabr 2024 03:06
267

Rusiya məktəblərində hicaba qadağa qoyuldu

Rusiyanın Vladimir vilayətinin Təhsil və Gənclər Siyasəti Nazirliyi məktəblilər üçün standart geyim tələblərinə dini mənsubiyyətini nümayiş etdirən hicab, niqab və digər elementləri qadağan edən bənd əlavə edib.

“İki sahil” lenta.ru-ya istinadən xəbər verir ki, bu, Rusiyanın hüquqi informasiya portalında dərc olunan sənədin mətnində öz əksini tapıb.

Bildirilir ki, müvafiq sərəncam oktyabrın 22-də imzalanıb. Sənədə yeni bənd əlavə edilib:

"Təhsil təşkilatlarında şagirdin dini mənsubiyyətini (o cümlədən hicab, niqab və s.) nümayiş etdirən geyim və onun elementlərinin geyinilməsinə icazə verilmir".