20 sentyabr 2024 16:41
83

Sterlinqdən unikal göstərici

"Arsenal"ın futbolçusu Rahim Sterlinq unikal göstəriciyə imza atıb.

“İki sahil” xəbər verir ki, bu yay “Çelsi”dən transfer edilən yarımmüdafiəçinin rekordu Çempionlar Liqasının 1-ci turunda “Atalanta” ilə oyunda (0:0) qeydə alınıb. Sterlinq görüşün ikinci hissəsində meydana daxil olub.

Bununla da o, 4 fərqli klub ilə Çempionlar Liqasında oynayan ilk ingiltərəli futbolçu olub. Sterlinq daha əvvəl “Liverpul”, “Mançester Siti” və “Çelsi” ilə turnirdə meydana çıxıb.