11 sentyabr 2024 03:02
432

Hamının problemi

Dünyada hər il 57 milyon ton plastik tullantı atılır

Yeni bir araşdırmaya görə, dünyada hər il 57 milyon ton plastik tullantı  yaranır. Plastik tullantılara artıq ən dərin okeanlardan ən yüksək dağ zirvələrinə qədər rast gəlmək olar.

İngiltərədəki Lids Universitetinin tədqiqatçıları bu barədə geniş araşdırmalar aparıblar.

Tədqiqat zamanı zibilxanalara düşən və ya düzgün yandırılan plastik deyil, açıq mühitə düşən plastik araşdırılıb. Tədqiqatın müəllifləri dünya əhalisinin 15%-i üçün hökumətin tullantıları toplamaq və utilizasiya etməkdə uğursuzluğuna Cənub-Şərqi Asiya və Sub-Sahara Afrikasının ən çox plastik tullantı istehsal etməsinin səbəb olduğunu söyləyib. Araşdırmaya görə, bura Hindistanda 255 milyon insan daxildir.

Tədqiqatın müəllifi, Lidsin ətraf mühit mühəndisliyi üzrə professoru Kostas Velisin fikrincə, Nigeriyanın Laqos şəhəri ən çox plastik tullantı çıxaran şəhərdir. Digər ən böyük plastik tullantıya malik şəhərlər isə Yeni Dehli, Luanda, Pakistanın Karaçi və Misirin Əl Qahirə şəhərləridir.

Ölkə olaraq Hindistan plastik çirklənməyə görə dünyada liderdir, ildə 10,2 milyon ton (9,3 milyon metrik ton) istehsal edir ki, bu da növbəti böyük çirkləndiricilər olan Nigeriya və İndoneziyadan iki dəfə çoxdur. Velis deyir ki, plastim çirklənməyə görə Çin dördüncü yerdədir, lakin tullantıların azaldılmasında böyük addımlar atır. Digər ən çox plastik çirkləndiricilər Pakistan, Banqladeş, Rusiya və Braziliyadır. Tədqiqatın məlumatlarına görə, bu səkkiz ölkə dünyanın plastik çirklənməsinin yarısından çoxuna cavabdehdir.

Araşdırmaya görə, ABŞ 52500 tondan çox plastik çirklənmə ilə 90-cı yerdə, Böyük Britaniya isə təxminən 5100 ton ilə 135-ci yerdədir.

2022-ci ildə dünya dövlətlərinin əksəriyyəti okeanlar da daxil olmaqla plastik çirklənmə ilə bağlı ilk hüquqi qüvvəyə malik müqavilə bağlamağa razılaşdı. Yekun müqavilə danışıqları noyabrda Cənubi Koreyada keçiriləcək.

Tədqiqat süni intellektdən istifadə edərək, diqqəti düzgün olmayan şəkildə yandırılmış plastiklərə (çirklənmənin təxminən 57%-ni təşkil edir), və ya sadəcə atılan plastikə yönəldib. Hər iki halda, inanılmaz dərəcədə kiçik mikroplastiklər və ya nanoplastika problemi çimərliklərdəki vizual narahatlıqdan və dəniz həyatı problemindən insan sağlamlığına qədər böyük təhlükələrə zəmin yaradır.

Bu il bir sıra tədqiqatlar içməli suyumuzda və insanların ürək, beyin toxumalarında mikroplastiklərin nə qədər geniş yayıldığına baxıb, lakin həkimlər və elm adamları hələ də bunun insan sağlamlığına təhlükəsi ilə bağlı əlaqəsini tam olaraq bilmirlər.

"Bizim artıq böyük bir problemimiz var. Mikroplastiklərə ən ucqar yerlərdə rast gəlinir: Everest zirvəsində, okeandakı Mariana çökəkliyində və hətta nəfəs aldığımız, yeyib içdiyimiz şeylərdə", -deyə Velis bildirib.

O, bunu "hamının problemi" adlandırıb və gələcək nəsilləri narahat edəcək bir problem olduğunu deyib.

Nubar Süleymanova, “İki sahil”