Bakıda piyadanın ehtiyatsızlığı nəticəsində baş verən qəzanın görüntülərini yayıb.
“İki sahil” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
"Dəfələrlə xəbərdarlıq edilir, onların maariflənməsi məqsədilə tədbirlər görülür, ancaq təəssüflər olsun ki, bəzi piyadalar özlərinin və sürücülərin həyatını heçə sayıb qaydalara əməl etmirlər. Növbəti belə bir hadisə bu gün səhər saatlarında Yasamal rayonu, Tbilisi prospektində (Respublika Diaqnostika Mərkəzinin qarşısında) baş verib. Yaxınlıqda yerüstü piyada keçidi olmasına baxmayaraq, yolun hərəkət hissəsindən keçən piyadanı avtomobilin sürücüsü son anda vurmaqdan yayınıb, lakin qəza törədib. Nəticədə həm nəqliyyat vasitəsinə ziyan dəyib, həm də yolda sıxlıq yaranıb", - deyə açıqlamada deyilir.
Xilasedici xidmətlərin yerləşdirilməsi risklərin qiymətləndirilməsi əsasında aparılır
Dilçi-alim: Ana dili və hərbi ünsiyyət mədəniyyəti Azərbaycan Ordusunun mənəvi gücünü tamamlayan mühüm amillərdir
Akşin Əlili: Rəsmi çimərliklərdə təhlükəsizlik tədbirləri sistemli şəkildə təşkil olunur, qeyri-rəsmi ərazilərdə isə...