FHN tərəfindən çimərliklərdə xilasedici xidmətlərin təşkili risklərin qiymətləndirilməsi prinsipi əsasında həyata keçirilir.
Bu barədə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin ictimaiyyətlə əlaqələr və təbliğat şöbəsinin rəisi, daxili xidmət polkovnik-leytenantı Akşin Əlili “İki sahil”ə özəl müsahibəsində məlumat verib.

O bildirib ki, xilasedici xidmətlərin yerləşdirilməsi zamanı sahilyanı ərazilərin xüsusiyyətləri, əvvəlki illərin hadisə statistikası, insanların sıx toplaşdığı məkanlar, dənizin dərinliyi, axınların xarakteri, sahilin relyefi və digər təhlükə faktorları nəzərə alınır.
Akşin Əlilinin sözlərinə görə, aparılan monitorinqlər nəticəsində yüksək risk daşıyan ərazilər müəyyən edilir və həmin sahələrdən istifadənin təhlükəli olması barədə nişanlar qoyulur. Bununla yanaşı, həmin ərazilərin sahil hissəsində istifadənin təhlükəli olduğunu bildirən xəbərdaredici lövhələr yerləşdirilir.
FHN rəsmisi təəssüflə qeyd edib ki, bəzi hallarda Xidmət tərəfindən quraşdırılan bu lövhələr naməlum şəxslər tərəfindən yararsız hala salınır və ya məhv edilir.
Yaqut Ağaşahqızı, “İki sahil”
Xilasedicilərin xidmət apardığı çimərliklərdə insanların təhlükəsizliyinin təmin olunması istiqamətində əhəmiyyətli irəliləyiş əldə olunub
Akşin Əlili: Rəsmi çimərliklərdə təhlükəsizlik tədbirləri sistemli şəkildə təşkil olunur, qeyri-rəsmi ərazilərdə isə...