Birləşmiş Ştatlar istehsal olunan sursatların müttəfiqlərə satışını müvəqqəti olaraq dayandıraraq onları öz arsenallarının doldurulmasına yönəldir.
“İki sahil” xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp "Newsmax" telekanalına müsahibəsində bildirib.
"Son vaxtlar biz sursatları özümüzə saxlayırıq, çünki onlar bizim özümüzə lazımdır. Öz ehtiyatlarımızı kifayət qədər doldurduqdan sonra müttəfiqlərə onları bizdən almağa yenidən icazə verəcəyik", - Amerika lideri söyləyib.
BMT-də Azərbaycanın işgəncələrə qarşı beynəlxalq müqavilələrə sadiqliyi diqqətə çatdırılıb
ABŞ Avropaya Rusiyanın dondurulmuş aktivlərinin bir hissəsinin açılmasını təklif edib