“İki sahil” xəbər verir ki, əvvəlcə jurnalistlər BANM-in kampusu, müasir tədris infrastrukturu və laboratoriyaları ilə tanış olublar.
Daha sonra keçirilən sessiyada İstedadların idarə edilməsi və biznes tərəfdaşlığı Departamentinin rəisi Ülkər Behbudovanın, BANM-in rektoru Elmar Qasımovun, Təlim, tədris və sertifikatlaşdırma idarəsinin rəisi Fuad Süleymanovun və Elm, texnika və nanotexnologiyalar Departamentinin rəisi Nazim Vəliyevin təqdimat və çıxışları dinlənilib.
Media nümayəndələrinə SOCAR tərəfindən neft kapitalının insan kapitalına çevrilməsi, enerji sektorunda inklüzivliyin artırılması, elm və təhsilin sənaye ilə inteqrasiyası, əməkdaşların səriştəliklərinin artırılması istiqamətlərində görülən işlər, əldə olunan nəticələr, eləcə də BANM-in fəaliyyəti, ali təhsil müəssisəsində təşkil olunan tədris prosesi barədə ətraflı məlumat verilib.
Sonda xatirə fotosu çəkdirilib.
Orxan Vahidoğlu, "İki sahil"
Fərid Şəfiyev Ermənistan-Azərbaycan münaqişəsinin yanlış və birtərəfli şəkildə təqdim edilməsindən narahatlığını ifadə edib
SOCAR ilə Çinin “CNOOC” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb - FOTO