11 sentyabr 2026 13:48
101

"Adam Qarabağ Universitetini görəndə yenidən oxumaq istəyir" - VİDEO

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Xankəndiyə səfəri çərçivəsində Qarabağ Universitetindən danışıb.

“İki sahil” xəbər verir ki,  o bildirib ki, hər il qəbul planlarında yüksək bal toplayan tələbələr bu universiteti seçir.

 “Adam Qarabağ Universitetini görəndə yenidən oxumaq istəyir”, - H.Hacıyev qeyd edib.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov isə bildirib ki, yaxın vaxtlarda universitetdə yeni korpuslar açılacaq.

Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov isə deyib ki, Qarabağ Universiteti xaricdə fəaliyyət göstərən digər universitetlərlə tərəfdaşlıq əlaqələri qurur.