15 iyul 2024 09:29
215

Sumqayıtda fəhlə iş zamanı yanıq xəsarətləri alıb

Sumqayıtda fəhlə iş zamanı yanıq xəsarətləri alıb.

Hadisə "Tuqzavod" adlanan ərazidə yerləşən istehsal müəssisələrinin birində qeydə alınıb.

Belə ki, Sumqayıt şəhər sakini, 1988-ci il təvəllüdlü Şiriyev Hamlet Elxan oğlu müəssisədə iş görən zaman termiki yanıq xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

“Report”