Boliviyada iyunun 26-da baş vermiş çevriliş cəhdi ilə bağlı işdə 24 nəfərin adı var.
“İki sahil” xəbər verir ki, bu barədə ölkənin Baş Prokurorluğu məlumat yayıb.
“İlkin istintaqın başlamasından 10 gün sonra Baş Prokurorluq 6 rəsmi ittiham irəli sürüb və bu da öz növbəsində 24 şəxs barəsində müvəqqəti tədbir görülməsinə səbəb olub”, – qurumun açıqlamasında bildirilir.
Bundan əvvəl rəsmilər 21 məhbusun olduğunu bildirmişdilər.