08 iyul 2024 00:44
419

Fransanın Baş naziri istefa verəcək

“Demokratik ənənəyə uyğun olaraq, iyulun 8-də səhər istefa ərizəmi respublika prezidentinə (Fransa prezidenti Emmanuel Makrona – red.) təqdim edəcəyəm”.

“İki sahil” xəbər verir ki, bunu Fransanın Baş naziri Qabriel Attal növbədənkənar parlament seçkilərinin ilkin nəticələrindən sonra deyib.

O, lazım olduğu qədər hökumət başçısı vəzifəsini icra etməyə hazır olduğunu bildirib.