08 iyul 2024 00:17
437

Con Hili Ukraynada hərbi dəstəyi artırmağa söz verdi

Böyük Britaniya Ukraynanı qələbə yolunda dəstəkləməyə davam edəcək.

“İki sahil” xəbər verir ki, bunu Böyük Britaniyanın yeni təyin olunmuş müdafiə naziri Con Hili Ukraynanın müdafiə naziri Rustem Umerovla birgə keçirdiyi brifinqdə deyib.

O deyib ki, hökumətdə dəyişiklik olsa da Böyük Britaniya Ukrayna ilə həmrəydir.

Qeyd edək ki, Ukraynaya səfər edən C.Hili Prezident Volodimir Zelenski ilə görüşüb.

Məhərrəm Ağalaroğlu, “İki sahil”