07 iyul 2024 18:04
440

Avtomobil metroya girdi

Türkiyədə sürücü hərəkətdə olan avtomobilin idarəetməsini itirərək metro keçidinə daxil olub.

“İki sahil” xəbər verir ki, hadisə Ankarada baş verib.

Bildirilir ki, metronun Kızılay stansiyasının pilləkənlərdən içəri daxil olan avtomobilin sürücüsü xəsarət almasa da nəqliyyat vasitəsinə maddi ziyan dəyib.

Məhərrəm Ağalaroğlu, “İki sahil”