Böyük Britaniya hökuməti yaxın vaxtlarda Şimali İrlandiyanın İrlandiya Respublikasına birləşdirilməsi ilə bağlı referendumun keçirilməsinə icazə vermək niyyətində deyil.
“İki sahil” xəbər verir ki, bunu “Sky News” telekanalının efirində Böyük Britaniyanın Şimali İrlandiya üzrə naziri Hilari Benn deyib.
Onun fikrincə, hazırda belə səsvermə üçün şərait yetişməyib: “Bu, o zaman mümkün olacaq ki, Şimali İrlandiya xalqı vahid İrlandiyaya səs verəcək. Bu şərtin yerinə yetirildiyinə dair heç bir sübut yoxdur”.
Məhərrəm Ağalaroğlu, “İki sahil”