07 iyul 2024 17:24
502

Siyarto: Macarıstan Ukraynadakı münaqişənin həlli üzrə missiyasını davam etdirəcək

Macarıstan Ukraynadakı münaqişənin həlli istiqamətində öz sülh missiyasını davam etdirəcək və qarşıdakı həftədə bu məqsədə nail olmaq üçün bir sıra görüşlər keçirəcək.

“İki sahil” xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto sosial şəbəkələrdəki videomüraciətində bildirib.

Onun sözlərinə görə, Macarıstan son iki il yarım ərzində Avropada müharibə tərəfdarı olan siyasətçilər tərəfindən kəskin hücumlara məruz qalır:

"Bu hücumlar bizi çəkindirməyəcək və ruhdan salmayacaq. Sülh missiyası davam edəcək və hətta güclənəcək, ona görə də Avropanın müharibə tərəfdarı olan siyasətçiləri təhlükəsizlik kəmərlərini bağlamağa çağırıram", - Siyarto deyib.