İspaniyanın Valensiya regionunda 1994-cü ildə tapılmış qılıncın mədəni mənsubiyyəti sübuta yetirilib.
“İki sahil” xəbər verir ki, ev tikintisi zamanı tapılmış “Excalibur” adlı qılıncın mədəni mənsubiyyəti ciddi müzakirə mövzusu idi. Bu günlərdə Valensiya şəhərinin Arxeologiya departamenti artefaktı yenidən tədqiqata cəlb edib.
Radioloji analiz zamanı qılıncın X əsrdə, Kordova xilafəti dövründə hazırlandığı müəyyən edilib. Bu da qılıncın İslam mədəniyyətinə aidiyyətini sübut edir.
Valensiyanın turşu tərkibli torpağında qılıncın kifayət qədər yaxşı qalması onun keyfiyyətli metaldan hazırlandığını sübut edir. Maraqlıdır ki, qılıncın ucu düz deyil, əyri formadadır. Bu da silahın süvarilər tərəfindən istifadəsini asanlaşdırır.
İsrail Prezidenti MSK sədri tərəfindən parlament seçkilərinin rəsmi nəticələrini qəbul edib
"Politico": Aİ Kiyevin maliyyələşdirilməsi üçün Kanadadan daha böyük kömək gözləyir
1932-ci ildən bəri ilk dəfə olaraq demokrat namizəd Kanzas ştatından Senata seçilib