Sudanı görünməmiş aclıq bürüyüb. Çünki Sudan Silahlı Qüvvələri ilə Çevik Dəstək Qüvvələri arasında ötən ilin aprel ayında başlayan müharibənin səngiməsinə dair heç bir əlamət müşahidə edilmir.
“İki sahil” xəbər verir ki, indi əhalinin yerdəyişməsinə səbəb hərbi əməliyyatlar deyil, aclıqdır. İnsanlar qida axtarışına çıxmaq məqsədilə evlərini tərk edirlər. Köçkünlər arasında malyariya və digər xəstəliklər yayılır. Əsas yardım mərkəzləri döyüşçülər tərəfindən talan edilib. Buna görə də humanitar yardım əhaliyə çatmır.
Anett Hoffmannın Niderland “Clingendael” analitik mərkəzi tərəfindən hazırlanmış Sudanda fövqəladə ərzaq vəziyyəti haqqında hesabatda qeyd edilir ki, ölkədəki müharibə ən böyük aclıq böhranına gətirib çıxarıb.
Kallas: Aİ Ukrayna ilə bağlı danışıqlarda Rusiyaya irəli sürülən tələblərin nəzərə alınacağına ümid edir
İsrail Prezidenti MSK sədri tərəfindən parlament seçkilərinin rəsmi nəticələrini qəbul edib
"Politico": Aİ Kiyevin maliyyələşdirilməsi üçün Kanadadan daha böyük kömək gözləyir