Sankt-Peterburqda "Nevski Mazut" zavoduna PUA hücumu olub.
“İki sahil” xəbər verir ki, partlayış səhər saat 4 radələrində baş verib.
PUA Qluxoozerskoye şosesindəki "Nevski Mazut" zavodunun ərazisinə düşüb və yanğın baş verib. PUA-nın qalıqları zavodun ərazisində olan avtomobillərə ziyan vurub.
PUA-nın S-400 zenit-raket kompleksi ilə vurulub. Peterburqda ilk dəfə PUA-ya qarşı "Triumf" Zenit raket kompleksindən istifadə olunub.