28 yanvar 2024 14:22
316

Türkiyədə İŞİD-in altı üzvü saxlanılıb - VİDEO

Türkiyədə İŞİD terror təşkilatının ölkədəki üzvlərinin saxlanılması istiqamətində əməliyyat keçirilib.

“İki sahil” xəbər verir ki, Türkiyənin Adana vilayətində keçirilən əməliyyat nəticəsində İnterpol tərəfindən qırmızı bülletenlə axtarışa verilən altı İŞİD üzvü saxlanılıb.

Qanunsuz yollarla Türkiyəyə daxil olan bu şəxslərin İraq və Suriyada silahlı fəaliyyətlərdə iştirak etdikləri bildirilir.

Məhkəməyə çıxarılan altı nəfərdən ikisi həbs, dördü isə ekstradisiya edilib.