Ermənistan Nazirlər Kabinetinin iclası zamanı zalda işıqlar sönüb.
“İki sahil” xəbər verir ki, Baş nazir Nikol Paşinyanın sədrlik etdiyi iclas zamanı zalda işıqlar bir neçə saniyə sönülü qalıb.
Paşinyan bildirib ki, onlar daim enerji təchizatının keyfiyyətinin yüksəldilməsindən danışırlar, lakin bu məsələ həll olunmur.
Baş nazir onu da qeyd edib ki, Ermənistandakı elektrik enerjisi keyfiyyətsizdir, hətta hökumət binasındakı kabinetlərdə də işıqlar daim yanıb-sönür.
Sibiqa: Qara dənizin təhlükəsizliyi Avropa və bütün beynəlxalq ictimaiyyət üçün prioritetdir
Srbui Qalyan: Ermənistanın yeni Konstitusiyasının siyasi məzmunu üzərində iş davam etdirilir