Pentaqon rəhbərinin hərbi kontingentin ixtisarı ilə bağlı hazırladığı təklif Dövlət Departamentinin və digər yüksəkçinli məmurların etirazı ilə qarşılaşıb
ABŞ-ın Dövlət katibi Marko Rubio Pentaqonun rəhbəri Pit Heqsetin Avropadakı amerikalı hərbçilərin sayının azaldılması planını rəsmən elan etməsinin qarşısını alıb.
“İki sahil” xəbər verir ki, bu barədə öz etibarlı mənbələrinə istinadla Amerikanın nüfuzlu "The Wall Street Journal" (WSJ) qəzeti məlumat yayıb. Nəşr qeyd edir ki, Heqset bu planı iyun ayında ictimaiyyətə açıqlamaq niyyətində olub.
Məqalədə vurğulanır: "Lakin Heqsetin bu təklifi Dövlət katibi Marko Rubio və digər yüksək rütbəli rəsmilərin diqqətinə çatdırıldıqdan sonra rədd edilib".
Bu addımlar ABŞ-ın alyans daxilindəki ümumi kursu fonunda baş verir. Xatırladaq ki, bundan bir qədər əvvəl Amerika administrasiyasının rəhbəri Donald Tramp Birləşmiş Ştatların heç bir real fayda əldə etmədən NATO-ya ən böyük maliyyə xərcləri çəkən ölkə olduğunu bəyan etmişdi.