03 iyul 2026 11:45
90

Fransada anomal istilər səbəbindən 2 mindən çox insan həyatını İtirib

Ölkənin Səhiyyə Nazirliyi iyunun son həftəsində qeydə alınan ölüm hallarının arta biləcəyi ilə bağlı xəbərdarlıq edib

Fransanı təsiri altına alan anomal isti hava şəraiti 22-28 iyun tarixləri arasında 2 mindən çox insanın ölümünə səbəb olub. Bu barədə ölkənin səhiyyə naziri Stefani Rist bəyanat verib.

“İki sahil” xəbər verir ki, nazir "TF1" telekanalının efirində çıxış edərkən bildirib ki, qeyd olunan rəqəmlər ilkin xarakter daşıyır və ümumi ölüm sayı gələcəkdə dəyişə bilər.

Qeyd edək ki, iyunun sonunda Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Adhanom Qebreyesus da Avropadakı vəziyyətlə bağlı xəbərdarlıq etmişdi.

O, anomal istilər səbəbindən qitə miqyasında cəmi bir həftə ərzində 1300 insanın dünyasını dəyişdiyini açıqlamışdı.